Modern.az

YAP müşahidəçilərini topladı - Tapşırıqlar verildi

YAP müşahidəçilərini topladı - Tapşırıqlar verildi

Aktual

13 İyul 2024, 13:54

İyulun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar YAP-ın Tədbirlər Planına uyğun olaraq səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslərin təlimatlandırılması məqsədilə müşavirə keçirilib.

 

YAP-dan Modern.az-a bildiriblər ki, təlim zamanı seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı izahat və məlumat verilib.

 

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər