Modern.az

Deputatlar Hadı Rəcəblinin rəhbərliyilə Yunanıstana gedir

Deputatlar Hadı Rəcəblinin rəhbərliyilə Yunanıstana gedir

Təhsil

23 Noyabr 2013, 10:41

Sabah Milli Məclisin bir neçə deputatından ibarət nümayəndə heyəti Yunanıstana səfər edəcək. Modern.az-ın məlumatına görə Yunanıstana gedəcək deputatların adları da məlumdur. Səfərdə Azərbaycan-Yunanıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupuna daxil olan deputatlar iştirak edəcək.

Yunanıstana sözügedən işçi qrupunun rəhbəri, millət vəkili Hadı Rəcəbli, qrup üzvləri Azər Badamov, Nazim Fərəcov, İqbal Məmmədov, Hüseynbala Mirələmov gedəcək.

Səfər zamanı bir sıra görüşlər və iki ölkə parlamenti  arasındakı əlaqələrin inkişaf etdirilməsi, əməkdaşlığın güclənməsi sahəsində müzakirələrin aparılacağı gözlənilir.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur