Modern.az

Mask Trampın seçki kampaniyasına ianə edib

Mask Trampın seçki kampaniyasına ianə edib

Dünya

13 İyul 2024, 17:12

Milyarder İlon Mask respublikaçı Donald Trampın seçki kampaniyasına ianə edib.

Modern.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Məlumata görə, ianənin ölçüsü göstərilməsə də, məbləğin əhəmiyyətli dərəcədə böyük olduğu bildirilir. Maskın özü hələlik bu məlumatı şərh etməyib.

May ayında Trampın prezident seçkisində qalib gələcəyi təqdirdə Maskı özünə məsləhətçi etməyə hazır olduğu bildirilmişdi. Bu, iş adamına bəzi iqtisadi və sərhəd təhlükəsizliyi məsələlərinə təsir göstərməyə imkan verəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal