“Hesab edirəm ki, prezidentin bu sərəncamı çox əhəmiyyətli bir addımdır”. Bunu Modern.az-a açıqlamasında istiqlalçı millət vəkili Vahid Əhmədov M.Ə.Rəsulzadə ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncamı şərh edərkən deyib.
“Bu qərarı çoxdan gözləyirdik. İndiki Azərbaycanın ictimai-siyasi vəziyyətində, Azərbaycana olan müəyyən təzyiqlər, Gömrük İttifaqı, Azərbaycanın şərq tərəfdaşlığı, tolerantlığın artması və s. bunların önündə deyərdim ki, birlik, həmrəylik üçün bu addım böyük əhəmiyyət kəsb edir. Rəsulzadə haqqında müəyyən söhbətlər danışırdılar. Ünvanına xoşagəlməyən yazılar da yazılırdı. Cənab prezident Rəsulzadənin yubileyini qeyd etməklə xalqa bir daha sübut etdi ki, Rəsulzadə dəyərli insandır və Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış şəxsiyyətdir”-deyə Vahid Əhmədov vurğulayıb.
Qeyd edək ki, prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Namidə BİNGÖL