Modern.az

AYB-dən bəraət almamış yazıçı ilə bağlı AÇIQLAMA: “Sağ olun ki bunu dediniz”

AYB-dən bəraət almamış yazıçı ilə bağlı AÇIQLAMA: “Sağ olun ki bunu dediniz”

Təhsil

23 Noyabr 2013, 12:44

“1937-ci ildə repressiyaya qurban gedən yazıçı və şahirlərin hamısına bəraət verilib. Məlumatım yoxdur, Əhməd Triniç niyə qalıb. Hər halda səbəbini öyrənməliyik. AYB olaraq maraqlanarıq. Çox sağ olun ki, bunu dediniz”. Bu fikriləri Modern.az-a Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca deyib.

Qeyd edək ki, Azərbaycan Milli Arxiv İdarəsinin əməkdaşı, tədqiqatçı, “XX əsrdə repressiyaya məruz qalanlar” kitabının müəllifi Aslan Kənan repressiyaya məruz qalmış yazıçı, ictimai xadimlərlə bağlı AYB üzvü olmayan yalnız bir nəfərin hələ də bəraət almadığını qeyd edib. AYB katibi bu məsələ ilə bağlı araşdırma aparılacağını dilə gətirib.

Milliyyətcə alban olan Ə.Triniç ictimai xadim, publisist, “İttihad” Partiyasının üzvü, “İttihad” və “Azərbaycan füqarası” qəzetində çalışıb, sonralar “Kommunist” qəzetinin redaktoru olub.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur