Modern.az

Sui-qəsddən əvvəl video çəkib

Sui-qəsddən əvvəl video çəkib

14 İyul 2024, 19:30

ABŞ-ın sabiq prezidenti Donald Trampı güllələməkdə şübhəli bilinən şəxsin hadisədən əvvəlki videosu yayılıb.

 

Modern.az xəbər verir ki, o, videoda sabiq prezidentə və respublikaçılara nifrət ifadə edib. 

 

“Mənim adım Tomas Metyu Kruksdur. Respublikaçılara və Trampa nifrət edirəm. Yanlış yoldasınız”, - deyə bildirib.

 

20 yaşlı Tomas Metyu Kruks Trampın çıxış etdiyi səhnədən 130 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.

 

O, ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI