Modern.az

Azərbaycanın əməkdar artisti polisə aparıldı - YENİLƏNİB

Azərbaycanın əməkdar artisti polisə aparıldı - YENİLƏNİB

Təhsil

23 Noyabr 2013, 13:51

Modern.az saytı xəbər verir ki, əməkdar artist İlqar Cahangirin Bakıda yaratdığı “Oda” teatrının fəaliyyət göstərdiyi “Zirzəmi” məkanını bu gün polislər bağlayıb.
Teatrın gənc aktyorlarından biri Elmin Bədəlov yayılan məlumatları təsdiqləyib. O, Modern.az-a bildirib ki, hazırda polis idarəsində ifadələri alınır.

“İndi Nəsimi rayon Polis İdarəsindəyik. İfadələrimiz alınır. Yəqin ki, yaxın dəqiqələrdə bununla bağlı məlumat verilər”.

Qeyd edək ki, bu gün “Oda” teatrının fəaliyyət göstərdiyi “Zirzəmi” məkanını bu gün polislər bağlayıb. Polislər məkanı bağladıqları zaman onlarla teatrın aktyorları arasında mühabisə yaranıb. Nəticədə “Oda” tetarının rəhbəri, əməkdar artist İlqar Cahangir, teatrın gənc aktyorları Elmin Bədəlov,  Nihat Qulamzadə saxlanılaraq polis bölməsinə aparılıblar.

***

“Biz sadəcə məşq edirdik. Polislər gəldirlər ki, qonşulardan şikayət var”. Bunu Modern.az-a əməkdar artist İlqar Cahangir “Oda” teatırının aktyorlarının polis bölməsinə aparılmaları iləı bağlı xəbərə münasibət bildirərkən belə deyib. O, qeyd edib ki, artıq sərbəst buraxılıblar.

“Sadəcə, məşq edirdik. Gəldilər ki, qonşulardan şikayət var. Buna görə polis idarəsinə apardılar. Biz də izahat verdik, vəssalam. Qonşular şikayət edib ki, səs-küy ediblər. Belə hallar olur. Məşq zamanı hündürdən danışırsan və s. kimi şeylər olur. Polislər də dedilər ki, bu gün hələlik məşq etməyin. Şikayət edənləri sakitləşdirək, ondan sonra baxarıq. Buna görə aparılmışdıq. Heç 15 dəqiqə olmadı. İndi də işimə-gücümə gedirəm”.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur