İyulun 12-si saat 16 radələrində Quba şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 3 nəfər bir qadına zor tətbiq edib çantasını almağa cəhd göstəriblər.
DİN-dən Modern.az-a verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən rayon sakinləri əvvəllər məhkum olunmuş Zöhrab Həsənov, İsmayıl Əliyev və Əli Əhmədov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.