Modern.az

Bu ölkə ilə ikiqat vergitutma aradan qaldırıldı

Bu ölkə ilə ikiqat vergitutma aradan qaldırıldı

15 İyul 2024, 13:30

Azərbaycan və Qırğız Respublikası arasında imzalanmış sazişlər təsdiqlənib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sənədləri imzalayıb.

 

Sənədə əsasən, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş” təsdiq edilib.

 

Həmçinin, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” təsdiqlənib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI