Modern.az

Müsavat daha 4 nəfərin deputatlığa namizədliyini irəli sürdü - ADLAR

Müsavat daha 4 nəfərin deputatlığa namizədliyini irəli sürdü - ADLAR

Aktual

15 İyul 2024, 14:40

İyulun 15-də Müsavat Divanının iclası keçirilib.
 

Modern.az xəbər verir ki, iclasda görülən işlər və qərarların icrası müzakirə edilib.
 

Müsavat Partiyası rəhbərliyinin Tiflisdə keçirilən beynəlxalq konfransda iştirakı ilə bağlı geniş məlumat verilib.
 

Sonra isə sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri müzakirə olunub.
 

Müsavat Divanı daha 4 seçki dairəsindən partiyanın deputatlığa namizədlərini irəli sürüb:
 

Mustafa Hacılı - 8 saylı Binəqədi birinci seçki dairəsi,

İlqar Quliyev -32 saylı Suraxanı üçüncü seçki dairəsi

Osman Kazımov - 84 saylı Füzuli seçki dairəsi,

Sabir Məmmədli - 104 saylı Gədəbəy seçki dairəsi.
 

Beləliklə, partiyanın namizədlərinin sayı 34-ə çatıb. Namizədlərin irəli sürülməsi prosesi davam edir.

 

Divan həmçinin daha 2 nəfəri səlahiyyətli nümayəndə olaraq təsdiqləyib. Partiyanın seçki üzrə səlahiyyətli nümayəndələrinin sayı 58 nəfərə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər