Modern.az

COP29-a hazırlıq intensiv davam edir - Umayra Tağıyeva

COP29-a hazırlıq intensiv davam edir - Umayra Tağıyeva

Aktual

15 İyul 2024, 15:16

Noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıq intensiv davam edir.

 

Modern.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi ilə bağlı keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, iqlim dəyişmələri çox mürəkkəb prosesdir: "Təəssüf ki, son illər bu məsələ böyük bir problemə çevrilib. Hazırda COP29-a hazırlıq intensiv davam edir".

 

Nazir müavini qeyd edib ki, hazırda QHT-lərin səsini, onların ideyalarını nəzərə almaq, eyni zamanda COP29-a töhfə məqsədilə qrant müsabiqə elan edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər