Modern.az

Xocalıda və Malıbəylidə maarifləndirmə tədbirləri keçirilib - FOTO

Xocalıda və Malıbəylidə maarifləndirmə tədbirləri keçirilib - FOTO

Aktual

15 İyul 2024, 17:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərimizdəki müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə təşkil edilən növbəti tədbirlər Xocalı rayonu və Malıbəyli kəndində fəaliyyət göstərən 15 müəssisənin 225 nəfər rəhbər və işçi heyətinin iştirakı ilə keçirilib.

İştirakçılar ölkəmizdə layiqli əməyin təminatı sahəsində aparılan dövlət siyasəti, əmək qanunvericiliyi, habelə əməyin mühafizəsi və mina təhlükəsizliyi qaydaları barədə məlumatlandırılıb. Tədbirin təşkilatçıları olan qurumların fəaliyyəti barədə məlumat verilib.

Həmçinin Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərdiyi diqqətə çatdırılıb.

Tədbir iştirakçılarına qeyd olunan mövzularda yaddaş kitabçası, bukletlər və digər təlimat xarakterli vasitələr də təqdim edilib, işçi və işəgötürənlərin sualları cavablandırılıb.

Bu tədbirlər işğaldan azad olunmuş digər ərazilərimizdə də davam etdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər