Modern.az

Yeni icra başçısı kollektivə təqdim edildi 

Yeni icra başçısı kollektivə təqdim edildi 

Aktual

15 İyul 2024, 19:25

Daşkəsənin yeni icra başçısı rayon ictimaiyyətinə təqdim olunub.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan İrşad oğlu Abbasov bu gün Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

 

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. O.Abbasov ona göstərilən etimada görə minnətdarlıq edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər