Modern.az

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - Spikerdən TƏKLİF 

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - Spikerdən TƏKLİF 

15 İyul 2024, 20:14

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) parlament sədri Zorlu Töre Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xalqlarının yaxınlaşması üçün vahid əlifbanın qəbul edilməsinin zəruriliyini bəyan edib.

 

Modern.az xəbər verir ki, müvafiq təklifi Töre Lefkoşada Türkiyənin Kastamonu Universitetinin nümayəndə heyəti ilə görüşdə səsləndirib.

 

O xatırladıb ki, ŞKTC və Türkiyəni digərləri ilə yanaşı dil və əlifba birləşdirir. “Ümid edirəm ki, tezliklə bu cür körpüləri biz digər türk dövlətləri ilə də quracağıq”, – deyə Töre bildirib.

 

Parlament spikeri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasında konsolidasiya və birlik haqqında bəyanatlarını ümidverici adlandırıb.

 

“Türk dövlətlərinin bir hissəsi artıq ŞKTC-də istifadə edilən əlifbaya keçib. Bu, bizim ölkələrimizi birləşdirən vacib amildir. Bu istiqamətdəki səylər sürətləndirilməlidir, o cümlədən ictimai təşkilatlar səviyyəsində”, – deyə o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri