Modern.az

Bəşər Əsəddən Ərdoğanın görüş təklifinə REAKSİYA

Bəşər Əsəddən Ərdoğanın görüş təklifinə REAKSİYA

15 İyul 2024, 20:50

Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə müsbət yanaşır.

 

Modern.az xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Dəməşqdəki seçki məntəqələrindən birində seçicilərlə söhbəti zamanı deyib.

 

Əsəd qeyd edib ki, yalnız beynəlxalq hüququn prinsiplərinə hörmət etdiyi halda Türkiyə ilə təmaslara razıdır.

 

“Təbii ki, heç kim qonşuları ilə problem istəmir, lakin Suriya müəyyən qaydalara uyğun olaraq Türkiyə ilə görüşməyə və onunla əlaqələri yaxşılaşdırmağa hazırdır. Çünki biz Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində davamlı səylərin uğur qazanmasını istəyirik”, - o vurğulayıb. 

 

Qeyd edək ki, iyunun 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşqlə diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. O, suriyalı həmkarı ilə görüşmək istədiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri