Modern.az

Ukrayna NATO sammitinə niyə dəvət edilməyib?

Ukrayna NATO sammitinə niyə dəvət edilməyib?

15 İyul 2024, 23:35

Ukrayna müharibə vəziyyətində olduğu üçün NATO-nun sonuncu zirvə görüşünə dəvət almayıb. Eyni zamanda, dəstək məsələsi maksimum dərəcədə yerinə yetirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı bildirib.

 

Onun sözlərinə görə, ölkəsi NATO-ya üzvlüyü müharibə bitən kimi əldə edəcək. Zelenski qeyd edib ki, bunun üçün hərbi-siyasi birliyin bütün üzvlərinin konsolidasiya edilmiş qərarının olması zəruridir.

 

“Ona görə də mən hesab edirəm ki, NATO-nun bu sammitində Ukrayna bizim əldə edə biləcəyimiz maksimumu əldə edib”, - deyə Zelenski bildirib.

 

Xatırladaq ki, Alyansın iyulun 9-dan 11-dək Vaşinqtonda keçirilən sammiti zamanı Ukrayna NATO-ya dəvət almayıb. Eyni zamanda, müttəfiqlər yekun kommyunikedə bəyan ediblər ki, ölkənin bloka gedən yolu dönməzdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri