Modern.az

Tramp seçilsə, vitse-prezident o olacaq 

Tramp seçilsə, vitse-prezident o olacaq 

16 İyul 2024, 00:48

ABŞ-da Respublikaçılar Partiyasının real namizədi Donald Tramp prezident seçiləcəyi halda vitse-prezident təyin edəcəyi şəxsin adını açıqlayıb.

 

Modern.az xəbər verir ki, o, vitse-prezidentin Ohayo senatoru Ceyms Devid Vans olacağını bildirib.

 

Donald Trampın öz seçimini bu gün Miluoki şəhərində başlayan Respublikaçılar Partiyasının Milli Qurultayında rəsmən açıqlaması gözlənilir. Qeyd edək ki, 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Respublikaçılar Partiyasının noyabrda keçiriləcək prezident seçkilərində namizədi rəsmi şəkildə elan olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri