Modern.az

Hərbçilərə “Fəxri Fərman”lar verildi - FOTO

Hərbçilərə “Fəxri Fərman”lar verildi - FOTO

Aktual

16 İyul 2024, 15:36

“Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi çərçivəsində “Бағдар” taktiki səmti müəyyənetmə, atıcılıq və bir sıra idman növləri üzrə yarışlar, həmçinin hərbi qulluqçuların mədəni-asudə vaxtının səmərəli təşkili məqsədilə digər tədbirlər təşkil edilib.


Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, yarışlarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının hərbi qulluqçuları güclərini sınayıblar.

 

Yarışların nəticəsinə əsasən qaliblərə kuboklar, medallar, “Fəxri Fərman”lar və hədiyyələr təqdim edilib.
Sonda təlim iştirakçıları üçün konsert proqramı təşkil edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu