Modern.az

Beynəlxalq təşkilatın yeni nümayəndəsi Bakıda 

Beynəlxalq təşkilatın yeni nümayəndəsi Bakıda 

Aktual

16 İyul 2024, 18:23

Xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri Troy Dulini qəbul edib.

 

Modern.az xəbər verir ki, görüş zamanı missiyanın rəhbəri etimadnamə məktubunun surətini nazir Ceyhun Bayramova təqdim edib.

 

Nazir Troy Duliyə fəaliyyəti müddətində uğurlar arzulayıb.

 

Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, eləcə də cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov ölkəmizin Beynəlxalq Miqrasiya Təşkilatı ilə sıx əməkdaşlığının mövcud olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər