Modern.az

Musa Qasımlı bu dairədən namizədliyini irəli sürdü

Musa Qasımlı bu dairədən namizədliyini irəli sürdü

Ölkə

16 İyul 2024, 20:23

VI çağırış Milli Məclisin deputatı, tarixçi Musa Qasımlı sentyabrın 1-də keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürüb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Musa Qasımlının özü məlumat verib.

 

O, 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd olacağını açıqlayıb. Tarixçi artıq müvafiq sənədlərin seçki komissiyasına təqdim edildiyini bildirib.

 

Musa Qasımlı 1957-ci il 28 oktyabrda Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. O, IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 2010-cu il 7 noyabrda keçirilən seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsindən, 2015-ci il 1 noyabrda keçirilən V çağırış, 2020-ci il 9 fevralda keçirilən VI çağırış seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən millət vəkili seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri