Modern.az

İtaliya Baş nazirinin müavini COP29-dan danışdı

İtaliya Baş nazirinin müavini COP29-dan danışdı

16 İyul 2024, 21:33

“Böyük Yeddilik” (G7) ölkələri ekoloji davamlılığın təmin olunmasına diqqət yetirəcək. Əbu-Dabidə nəzərdən keçirilən mövzular bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da əsas müzakirə mövzusu olacaq.

 

Modern.az xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani iyulun 16-da Reggio Kalabriya şəhərində keçirilən G7 ölkələrinin ticarət nazirlərinin toplantısı zamanı deyib.

 

“Biz Ukrayna və Yaxın Şərqdəki müharibələr və Qırmızı dənizdəki gərginlik kimi sarsıntılar qarşısında süni intellekt kimi qlobal çağırışlarla birlikdə iqtisadi sistemlərimizi daha da möhkəm və təhlükəsiz etmək istəyirik”, - deyə Antonio Tayani qeyd edib.

 

O bildirib ki, ölkəsi qlobal bazarlarda biznes üçün bərabər şərait yaratmaq istəyir. Şirkətlərin istənilən bazarda bərabər şərtlərlə rəqabət aparmasına şərait yaratmaq üçün ədalətli şərtlər və ümumi qaydaları təmin etmək lazımdır. Ticarət azadlıqları, təhlükəsiz daşınma qlobal ticarət və davamlı artım üçün çox vacibdir.

 

Sonda toplantının yekununa dair “Kalabriya Bəyannaməsi” qəbul edilib. Toplantıda Türkiyə, Braziliya və Hindistan da təmsil olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər