Modern.az

Nəsimidə baxımsız vəziyyətdə aşkar edilmiş uşaq körpələr evinə yerləşdiriləcək

Nəsimidə baxımsız vəziyyətdə aşkar edilmiş uşaq körpələr evinə yerləşdiriləcək

17 İyul 2024, 10:48

Nəsimi rayonu ərazisində ictimai iaşə obyektində baxımsız vəziyyətdə aşkar edilmiş körpə polis müşayiəti ilə nümayəndəmiz tərəfindən müvafiq tibb müəssisəsinə yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, o, müalicə prosesinin ardınca aidiyyatı üzrə körpələr evinə yerləşdiriləcək.

 

Xatırladaq ki, iyulun 15-də Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər