Modern.az

Moldova klubu "Zirə" ilə oyun üçün Bakıya gəlib

Moldova klubu "Zirə" ilə oyun üçün Bakıya gəlib

17 İyul 2024, 13:44

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Zirə"nin qonağı olacaq Moldovanın "Şerif" komandası Bakıya gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Tiraspol təmsilçisinin sosial şəbəkə hesabları məlumat yayıb.

 

Moldova təmsilçisinin üzvlərini gətirən təyyarə bir müddət öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

 

Qeyd edək ki, iyulun 18-də "Dalğa Arena"da keçiriləcək "Zirə"-"Şerif" matçı saat 20:00-da başlayacaq. İlk oyunda Bakı klubu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi II təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) görüşünün güclüsü ilə qarşılaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər