Modern.az

Bu gün Gülər Əhmədova son söz deyəcək

Bu gün Gülər Əhmədova son söz deyəcək

Təhsil

25 Noyabr 2013, 11:04

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Qeyd edək ki, ötən məhkəmə prosesində Gülər Əhmədovanın ürəyi getmiş və proses yarımçıq qalmışdı.
Bugünkü prosesdə G.Əhmədovanın vəkili Əfsər Talıbov müdafiə çıxışı edəcək.  Mümkündür ki, G.Əhmədova da son söz deyəcək.

Bundan öncəki prosesdə dövlət ittihamçısı Eldar Həmzəyev çıxış edərək Gülər Əhmədovanın 78.3.2 və 307.2 maddələri ilə təqsirli bilinməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini xahiş edərək  4 il azadlıqdan məhrum edilməsini təklif edib.

Dövlət ittihamçısının bu təklifi bir sıra narazılıqlara səbəb olub. Belə ki, Sevinc Babayevanın oğlu Ayxan Məmmədov hakimin qərarından narazılığını bildirib və əlavə edib ki, bu məsələyə yenidən baxılmalıdır.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı