Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi Maqdalena Qronon olacaq.
Modern.az xəbər verir ki, bu barədə Çexiyanın Aİ yanında daimi nümayəndəliyindən məlumat verilib.
Bu barədə Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsi qərar verib.
Beləliklə, Maqdalena Qrono 2017-ci ildən bu vəzifəni tutan Toivo Klaarı əvəz edəcək.
Qrononun namizədliyinin tezliklə Aİ Şurası tərəfindən rəsmən təsdiqlənəcəyi gözlənilir.