İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin Maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadə ötən gün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ölkədən çıxarılıb. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.
Mənbənin məlumatına görə, bununla bağlı İran Azərbaycana nota verib.
Hüquq-mühafizə orqanlarından Trend-ə bildirilib ki, Ə.Əhmədzadənin viza problemi olub, ona görə də Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycandan çıxarılıb.
Bununla bağlı hələki Dövlət Miqrasiya Xidmətindən məlumat almaq mümkün olmayıb.
Modern.az