
“Hesablama Palatasının kifayət qədər səlahiyyətləri var ki, istənilən yoxlamanı yüksək səviyyədə aparsın, Azərbaycanın dövlət büdcəsinin səmərəli, şəffaf vəziyyətinə nəzarət etmək imkanına malik ola bilsin”. Bunu
Modern.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Qeyd edək ki, Hesablama Palatasının yeni təyin olunmuş sədri Vüqar Gülməmmədov Palatasının səlahiyyətlərinin artırılmasını təklif edib: “Əsas problemlərdən biri qanunvericilikdə olan boşluqlardır. Qanunvericiliyə dəyişiklik edilməli, Hesablama Palatasının səlahiyyətləri artırılmalı və mandatı dəqiqləşdirilməlidir”.
V. Əhmədov Hesablama Palatası ilə bağlı əlavə təkliflərin müzakirə oluna biləcəyini istisna etməyib: “Hesablama Palatası qanuna bundan əvvəl dəyişiklər edilib, onun səlahiyyətləri müəyyən qədər artırılıb. Məncə, hazırda Palatanın səlahiyyətləri kifayət qədərdir. Amma əlavə təkliflər olarsa, bu da Milli Məclisdə baxıla bilər”.
Misranə Həsənzadə