Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərindəki namizədlərinin siyahısını dünən açıqlayıb.
Modern.az xəbər verir ki, YAP-ın siyahısında üç bələdiyyə işçisi də var.
Belə ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Hümbət Rəhim oğlu Hüseynov hazırda Binəqədi rayonundakı Rəsulzadə bələdiyyəsinin sədri vəzifəsində işləyir.
YAP-ı 18 saylı Nərimanov - Nizami - Binəqədi seçki dairəsində təmsil edəcək Nizami Babaş oğlu Babaşov Nərimaov bələdiyyəsində şöbə müdiri vəzifəsində çalışır.
36 saylı Xətai -Suraxanı seçki dairəsindən namizədliyi irəli sürülən Nərminə Aslan qızı Hacıyeva isə Xətai bələdiyyəsinin sədr müavinidir.
Bu namizədlərin adları çəkilən dairələrdə nə qədər şanslı olacaqları qarşıdakı seçki marafonunda bilinəcək.