Modern.az

Gülər Əhmədovanın halı yenə pisləşdi

Gülər Əhmədovanın halı yenə pisləşdi

25 Noyabr 2013, 12:37


Sabiq millət vəkili Gülər Əhmədovanın bu gün saat 10.30-a təyin edilmiş məhkəməsi hələ də başlamayıb. Bu barədə musavat.com xəbər verib. 

Məlumata görə, ötən dəfəki prosesdə sağlıq durumunda problem yaranmış və həkimlərin müdaxiləsinə düçar olmuş G.Əhmədovanın halı bu gün də, məhkəmədən bir az öncə pisləşib, həkimlər ona yenidən tibbi yardım göstəriblər.
 
Məhkəmənin başlanmasının gecikməsini bununla izah edən məhkəmə personalı jurnalistlərə prosesin saat 12-də başlanacağını bildiriblər. Ancaq sonra elan edilib ki, məhkəmə bu gün davam etdirilməyəcək, ona görə ki, G.Əhmədovanın vəkili Masallıya yas yerinə gedib.
 
Beləliklə, sözü gedən məhkəmə prosesi sabah saat 10.30-da davam etdiriləcək.
 
 Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı