Modern.az

Siyavuş Novruzovun “dostu” iranlı diplomatın deportasiyasına reaksiya verdi

Siyavuş Novruzovun “dostu” iranlı diplomatın deportasiyasına reaksiya verdi

25 Noyabr 2013, 13:01


İran İslam Şura Məclisinin (parlament) Milli təhlükəsizlik və xarici siyasət Komissiyasının sədr müavini, millət vəkili Siyavuş Novruzovun “dostu” Mənsur Həqiqətpur növbəti dəfə Azərbaycanı ittiham edib. Modern.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, M.Həqiqətpur İranın Azərbaycandakı səfirliyinin əməkdaşı Əhməd Əhmədzadənin ölkəmizdən çıxarılmasına reaksiya verib.
“ İranın Bakıdakı bəzi nümayəndəliklərinin fəaliyyətinə əngəl yaradılması yolverilməzdir. İran rəsmiləri məsələ ilə bağlı araşdırmalarını davam etdirəcək”, – deyə iranlı deputat bildirib.

Qeyd edək ki,  İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadə ötən gün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ölkədən çıxarılıb. Xatırladaq ki, bir müddət öncə M. Həqiqətpurla millət vəkili Siyavuş Novruzov arasında virtual debatda da iranlı deputat rəsmi Bakı əleyhinə ifadələr işlədib.  

Aqşin Kərimov  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı