Modern.az

Etimadı doğrultmağa çalışacam - YAP-ın deputatlığa namizədi

Etimadı doğrultmağa çalışacam - YAP-ın deputatlığa namizədi

Aktual

18 İyul 2024, 14:56

“Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dünən keçirilən iclasında Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar namizədliyim 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi üzrə irəli sürüldü.
Göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə təşəkkürümü bildirirəm”.

Modern.az xəbər verir ki, bunu altıncı çağırış parlamentin üzvü, namizədliyi yenidən YAP tərəfindən irəli sürülən Ceyhun Məmmədov deyib.

“Ötən çağırışda olduğu kimi, bu dövrdə də göstərilən etimadı doğrultmağa, dövlətə və dövlətçiliyə sədaqətlə xodmət etməyə, hər zaman seçicilərin yanında olmağa çalışacağam”, - deputat əlavə edib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu