Qondarma Dağlıq Qarabağ Respublikasının separatçı “prezidenti” Bakoo Saakyan ABŞ-ın Los-Anceles şəhərinə işgüzar səfərə gedib. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, separatçıların rəhbəri “Telemarafon-2-13” şərçivəsində təşkil olunan qala-tədbirdə çıxış edib. O, qondarna “DQR”in sosial-iqtisadi inkişafı prosesini təqdim edərək deyib ki, Ermənistan-Dağlıq Qarabağ-Diaspor üçlüyünün inkişafı vacibdir. Saakyan “Telemarafon-2013”ün əsas mövzusu olan Vardenis-Mardakert avtomobil yolunun tikintisinə də toxunub. Bununla da Saakyan erməni diasporu hesabına Qarabağla Ermənistana arasında ikinci yolun inşasına daha çox pul yığılmasına çalışıb.
Modern.az