Modern.az

Prezidentin qızına Qazaxıstanda sığınacaq təklif olundu

Prezidentin qızına Qazaxıstanda sığınacaq təklif olundu

25 Noyabr 2013, 13:54


Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovaya Qazaxıstanda siyasi sığınacaq təklif olunur. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda noyabrın 25-də Qazaxıstanın Müsəlmanlar İttifaqından məlumat verilib. Məlumatda qeyd edilir ki, ittifaqın rəhbəri Murat Telibekov  Qazaxıstanın dövlət katibi Marat Tajina və xarici işlər naziri Erlan İdrisova müraciət edərək, Kərimovanın bu ölkənin vətəndaşlığına qəbul olunmasını xahiş edib.

Bundan əvvəl KİV-də Gülnarə Kərimovanın Özbəkistandan getmək niyyəti ilə bağlı xəbər yayılıb. Amma o özü bununla bağlı rəsmi açıqlama verməyib. Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı