Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava şəraiti ilə bağlı məlumat verib. Nazirliyin Departament xidmətindən Modern.az-a verilən məlumata görə, noyabrın 26-da Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 26-da rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 26-27-də gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Modern.az