“Bakı-Soçi aviareysinin açılması ilə bağlı informasiya yoxdur”. Bunu Modern.az-açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli deyib. “Ola bilər, bu, Anatoli Paxomovun arzusudur. Lap yaxşı, sözüm yoxdur. Amma Soçi-Bakı aviareysi ilə bağlı təklifə gəlincə, belə bir xəbərlə tanış deyiləm”, – deyə Məhərrəm Səfərli əlavə edib.
Qeyd edək ki, Soçi şəhərinin meri Anatoli Paxomov jurnalistlərlə görüşündə Bakı ilə birbaşa aviareysin açılmasına hazır olduqlarını deyib. Həmçinin Soçi meri “Biz buna şad olarıq. Ümid edirəm ki, Azərbaycan aviaşirkətinə bizim təklifimiz maraqlı gələcək”.