Modern.az

Elmar Məmmədyarov İrana gedir

Elmar Məmmədyarov İrana gedir

25 Noyabr 2013, 16:15

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov un başçılıq etdiyi nümayəndə heyəti noyabrın 26-da İran İslam Respublikasının Tehran şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının növbəti 21-ci iclasında iştirak etmək məqsədi ilə bu ölkəyə səfər edəcək.

XİN mətbuat xidmətindən verilən məlumata görə, iclas zamanı gündəliyə uyğun olaraq, bir sıra məsələlərin müzakirəsi, o cümlədən təşkilat çərçivəsində ölkələr arasında əməkdaşlıq və təşkilatın inkişafı kimi məsələlərin müzakirəsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, bu ilki iclasda İƏT Nazirlər Şurasına sədrlik Azərbaycan Respublikasından İran İslam Respublikasına keçəcək.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı