“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Bakıda keçirdiyi "Bərabər iştirak üçün birgə qatıl!" adlı beynəlxalq seminarda iştirak edən xarici ölkələrin gəncləri Ramana rayonunda Şuşa şəhərindən məcburi köçkünlərin məskunlaşdığı düşərgəni ziyarət ediblər.
Bu barədə Modern.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasının dəstəyi ilə baş tutan bu görüşdə 10-dan artıq ölkəni təmsil edən gənclər iştirak edib. Məcburi köçkünlərlə söhbət zamanı Şuşa sakinləri Azərbaycanın Ermənistan tərərifindən üzləşdiyi işğalçılıq siyasətinin fəsadlarından danışıblar. Qonqalara münaqişə nəticəsində evlərindən qovulmuş bir milyon qaçqın və məcburi köçkünlər barədə məlumat verilib.