Gürcüstan Patent Komitəsi 6 gürcü şərabının adının mənşəyinin Azərbaycanda qeydiyyata alınmasını başa çatdırıb.
Qurumdan bazar ertəsi Trend-ə bildiriblər ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Mukuani", "Axaşeni", "Kindzmarauli", "Tsinandali", "Tvişi" və "Xvançkara" şərab adlarının qeydiyyata alınması haqqında artıq şəhadətnamə verib.
Bundan sonra Azərbaycanda adıçəkilən gürcü şərablarının adlarından qanunsuz istifadəyə görə cəza tətbiq ediləcək.
Modern.az