Modern.az

“Peşə təmayüllü siniflər”ə ixtisas müəllimləri AXTARILIR

“Peşə təmayüllü siniflər”ə ixtisas müəllimləri AXTARILIR

22 İyul 2024, 09:52

2024-2025-ci tədris ili üçün “Peşə təmayüllü siniflər” üçün paytaxt və bölgələrdə yaşayan və qeyd edilən peşələr üzrə mütəxəssislər əməkdaşlığa dəvət edilir.

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.
 

“Peşə təmayüllü siniflər” üçün tələblər aşağıdakılardı:

Peşə təhsili / orta ixtisas / ali təhsil;

Peşəsi üzrə minimum 2 il iş təcrübəsi;

Pedaqoji təcrübə arzuolunandır.

Axtarılan ixtisas müəllimləri:

Aqronom – //forms.gle/6k3qJqca96nCr78A7

Aşpaz – //forms.gle/hyhEf1vfZd4k1NxN6

Qənnadçı – //forms.gle/KYH5hmRNj7M57GFn9

Dərzi – //forms.gle/TxN5mbEz18E8G1NSA

Bərbər – //forms.gle/nRuem35Rfhc1xG1h7

İKT Help Desk – //forms.gle/LA7Nm829m5ffCKHr5

İKT Kompüter Operatoru – //forms.gle/5rpt8hg5nDpHzsvi6

İKT Qrafik Dizayner – //forms.gle/oSK5j8MAHHLcBEiT6

Mebel quraşdırma – //forms.gle/udQG2Gzkn4KZ4azs7

Dülgər – //forms.gle/qvaKM2iaRwcxx16Q7

Kombi-kondisioner – //forms.gle/UHUYkkE8MtwtAAfNA

Çilingər – //forms.gle/uu4ATyHfdd5RDR2f8

Restoran servisi və barista – //forms.gle/omFW6J2GE47XsbNg7

Manikür-pedikür/vizajist – //forms.gle/hcdT2h6uo2CZ9ruf8

Foto və videoqraf – //forms.gle/QCgGqH3fL753nvhB9

Telefon təmiri ustası – //forms.gle/eNY1uWwshwJcFPHEA

İşə müraciət üçün peşənizin adının qarşısında yazılan linkə daxil olaraq müraciət anketini doldurmaq lazımdır.

Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərə ikinci mərhələdə imtahanlarda iştirak etmək hüququ qazanması ilə bağlı SMS vasitəsilə məlumat veriləcək. İkinci mərhələdə namizədlər müvafiq peşə ixtisaslarına uyğun suallardan ibarət test imtahanında iştirak edəcəklər. İmtahanlarda ən yüksək nəticə toplamış namizədlər əməkdaşlığa cəlb ediləcəkdir. İşə qəbul edilmiş şəxslər 2024-cü il, sentyabr ayından iş fəaliyyətinə başlayacaqlar.

Müraciət üçün son tarix: 29 iyul 2024-cü ildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri