Modern.az

Ukraynada vəziyyət gərginləşib, prezident geri addım atdı

Ukraynada vəziyyət gərginləşib, prezident geri addım atdı

26 Noyabr 2013, 03:02

Ukrayna paytaxtındakı “Avropa” meydanına toplaşan on minlərlə avrointeqrasiya tərəfdarı ilə milis arasında toqquşma olub. Hər iki tərəfdən xəsarət alanların olduğu bildirilir. Aksiyaçılardan xeyli həbs olunan var.

İki gündür ki, davam edən kütləvi aksiyalardan sonra prezident Viktor Yanukoviç xalqa müraciət edib. O, xalqının ziyanına işləyəcək heç bir addım atmayacağını bəyan edib.

“Heç kim Avropa ilə birgə Ukrayna arzumuzu əlimizdən ala bilməz” deyən Viktor Yanukoçiv bununla da xalqın tələbi qarşısında geri çəkilməyə məcbur olub.

Bu arada Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko müddətsiz aclıq elan edib. «RİA Novosti»nin məlumatına görə, Timoşenko mitinq iştirakçılarına dəstək nümayiş etdirərək, Ukrayna hakimiyyətindən Avropa Birliyi ilə assosiasiya haqqında müqavilə imzalamağı tələb edib.

Qeyd edək ki, müxalifət noyabrın 26-da Ukraynada ümumxalq tətili keçirmək üçün müraciət edib.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur