Modern.az

Lütfi Zadənin səhhəti yaxşılaşıb

Lütfi Zadənin səhhəti yaxşılaşıb

26 Noyabr 2013, 08:31

“Lütfi Zadə ilə təzə danışmışam. Vəziyyəti çox əladı. Gələn ayın 16-da Texasda bir elmi konfransa gedəcək”. Bunu Modern.az saytına açıqlamasında Lütfi Zadənin varisi, qeyri-səlis məntiq nəzəriyyəsi üzrə mütəxəssis, professor Rafiq Əliyev bildirib.

Qeyd edək ki, mətbuat bir müddət əvvəl  92  yaşlı Lütfi Zadənin səhhətindəki problemlərdən bəhs edib. Lütfi Zadə ürəyindən əməliyyat olunmuşdu.

Lütfi Zadə barədə çox nikbin danışan Rafiq Əliyev onun hətta dekabrın 16-da elmi konfransa gedəcəyini də vurğulayıb: “Zadənin vəziyyəti çox əladı. Onunla təzə danışmışam. Dekabrın 16-da da Texasda bir erlmi konfransa gedəcək. Amerika daxilində təyyaradən istifadə edə bilir. Amma yeganə problemi Amerikadan qırağa təyyara ilə uça bilməməsidir. Həkimlər buna qadağa qoyublar. Qalan hər şey yaxşıdı”.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur