Modern.az

Pezeşkian quracağı hökumətin işi barədə VƏD VERDİ

Pezeşkian quracağı hökumətin işi barədə VƏD VERDİ

Aktual

22 İyul 2024, 11:04

İranın yeni prezidenti Məsud Pezeşkian parlamentdə çıxış edib.

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, Pezeşkian quracağı yeni hökumətin cəmiyyətdə ədaləti təmin etməyə çalışacağını bildirib.


Pezeşkian parlament tribunasından deyib:

"Bu gün çıxış etmək üçün deyil, təşəkkür etmək üçün buradayam. Allahın izni ilə əl-ələ verib ölkənin problemlərini həll edəcəyik".


Pezeşkian daha sözlərinə belə davam edib: "Parlamentdəki görüş və danışıqlarda da qeyd etdiyim kimi, ölkə münaqişə və döyüşlərlə idarə oluna bilməz. Böhranları və problemləri koordinasiya və həmrəyliklə aradan qaldırmaq üçün əl-ələ verməliyik.

Mesud Pezeşkian "Qurani-Kərim baxımından təqva hər sahədə qüsursuz hərəkətdir. Əgər pul, rütbə və vəzifə bizə təsir etməzsə, haqqı söyləyib məzlumlara kömək edə bilərik", deyə əlavə edib.

Xatırladaq ki, Mesud Pezeşkian iyulun 30-da yeni prezident kimi and içəcək, sonra bir həftə ərzində quracağı hökumətin tərkibini parlamentin müzakirəsinə verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu