ANS haqda danışmaq öz ailən haqqında danışmaq qədər asan və çətindir. Bu asan və çətin işi görmək üçünsə, yəqin azı mənim qədər ANS-də çalışmaq lazımdır. Düz 10 ildir ki, mən ANS-dəyəm. ANS isə 22 ildir ki, Azərbaycan xalqının xidmətində.
Bəli, mən bunu əsl xidmət sayıram. O zaman üçün də bu belə idi, bu gün də belədir. ANS yaranana qədər Azərbaycan tamaşaçısı sözün əsl mənasında teatr tamaşaçısıydı. İstənilən tamaşaya oturub həvəslə baxar, sonra növbəti həftənin proqramını tamaşa və ya konsert tapmaq ümidiylə ələk-vələk edərdi. Bu proqramda xəbərlərin də yeri vardı təbii. Amma tamaşaçı üçün bu çox da maraqlı deyildi. Eynən belə də demək olar. Tamaşaçı əsl xəbərdən xəbərsizdi. Verilən xəbərlər isə monoton, boz, tamaşaçının zövqünü oxşamayan xəbərlərdi.
ANS məhz belə bir gündə efir məkanına gəldi. Əvvəlcə Azərbaycan Dövlət Televiziya Və Radio Verilişləri Şirkətinin nəzdində onlara cəmi-cümlətanı 8 dəqiqə vaxt verilmişdi. Bu vaxt çərçivəsində xəbəri də çatdırmalıydılar, təşəkkürlərini də.
Elə “Allah amanında” kəlməsinin özü də 70 il ərzində elmi ateizmi öyrənən tamaşaçı üçün yenilik deyildimi? Və yaxud, meydanda üçrəngli bayrağımızın dalğalandığı bir vaxtda mağaza-dükanlarda Sovet Azərbaycanının bayrağına kəsilən qiymət, qıtlıqdan əziyyət çəkən azərbaycanlını ət və ət məhsullarının qiymətindən az maraqlandırmırdı.
Amma daha maraqlısı Dağlıq Qarabağ ətrafında baş verənlərdi. Hansı ki, hər evdən azı bir nəfər elan olunmamış müharibəyə cəlb olunmuşdu. Kim istəməzdi ki, öz əzizinini üzünü televizorda da olsa görməsin, doğmasından xəbər tutmasın? Xəbər çatdırmaq missiyasını üzərinə götürən ANS-çilər bunu vicdanla həyata keçirirdilər. Onlar hər yerdə olurdular. Şuşada, Xocalıda…hər yerdə. Bax bu kadrlar ANS-in arxivindəndir. 1991-ci ildə Xocalıda çəkilib. Hələ Xocalı müsibətinin yaşanmasına bir il var. Xocalılar bütün çətinliklərə baxmayarq hələki, təsərrüfatla məşğuldurlar. ANS-çilər onları yumurtadan çıxan cücə sayanlara sübut edirdilər ki, onlar işləyirlər, xəbər istehsalı ilə məşğuldurlar.
Bunların hamısı ətrafımızda cərəyan edən hadisələrdi, amma həm də bütün bunları televiziya ekranından görəndə sanki özümüzü cərəyan vurmuş kimi hiss edirdik. Yəni, hər şeyi də efirə vermək olarmış sualıyla. Bu gün bu sual o qədər də verilmir. ANS-in 22 ililk fəaliyyəti sübut etdi ki, millət üçün xeyirli olan hər şey efirə verilə bilər. Bu işi bacaranlara sağ ol deyirik. ANS-ə sağ ol deyirik. Nə yaxşı varsan, nə
Anspress.com