Modern.az

Almaniyada azərbaycanlıların Mədəniyyət Evi açılıb

Almaniyada azərbaycanlıların Mədəniyyət Evi açılıb

26 Noyabr 2013, 09:48
Dünən Almaniyanın Köln şəhərində Azərbaycan Mədəniyyət Evinin açılışı olub. Bu barədə Modern.az saytına qurumun icraçı direktoru Rəşad Xasayoğlu m əlumat verib. Açılışda Almaniyada yaşayan yüzlərlə soydaşımızla bərabər bir sıra Azərbaycan və Türkiyə diasporalarının təmsilçiləri də iştirak edib: Avropada da yayımlanan “Zaman“ qəzetinin nümayəndələri də tədbirdə iştirak edərək geniş reportaj hazırlayıblar. “AZ-Qranata” Şirkətinin sponsorluğu ilə baş tutan tədbir tədbir Azərbaycan Mədəniyyət Evinin akt zalında davam etdirilib. Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasayoğlu (Quliyev) Mədəniyyət Evinin yaranma zərurəti, məqsədi və görüləcək işlərlə bağlı məlumat verib. “AZ-Qranata” şirkətinin diaspora işlərinə verdiyi dəstək hamı tərəfindən təqdirəlayiq hesab edilib.

Daha sonra Mədəniyyət Evinin sədri Altay Rüstəmli, müavinlər Toğrul Əziz, Ağa Ağayev çıxış edərək siyasi proseslərdən uzaq olduqlarını, siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Mədəniyyət Evinin fəaliyyətinə öz tövhələrini vermək istəyən, özünü azərbaycanlı sayan bütün soydaşlarımıza qapılarının açıq olduğunu bildirdib və gələcəkdə nəzərdə tutulmuş lahiyələrlə bağlı tədbir iştirakçılarına məlumat veriblər.

Tədbirin rəsmi hissəsi Köln Konservatoriyasında təhsil alan azərbaycanlı tələbələrin musiqi nömrələri ilə sona çatıb. Qeyri rəsmi hissəsdə isə iştirakçılar Azərbaycan mətbəxi ilə tanış olublar. “AZ Qranat” şirkətinin Azərbaycan istehsalı olan feyxua , zoğal, nar və böyürtkəndən hazırlanmış meyvə şirələri iştirakçılara təqdim olunub.   Azərbaycan Mədəniyyət Evi bu ilin aprel ayında Almaniyanın Köln şəhərində yaradılıb və iyun ayının əvvəllərində yerli rəsmi qurumlar tərəfindən qeydiyyata alınıb. Qurumun fəaliyyət istiqaməti elm, mədəniyyət və incəsənətlə bağlıdır. Hazırda Azərbazcan Məktəbi layihəsi üzərində işləyən qurum yaxin günlərdə sözügedən layihənin açılışı ilə bağlı da tədbir keçirəcək.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur