TQDK qəbul imtahanlarında yüksək nəticə əldə etmiş abituriyentlərin valideynləri ilə görüşlər təşkil edəcək. Bu barədə Modern.az saytına Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasınının(TQDK) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirlir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş gənclərin təcrübəsinin öyrənilməsi, təbliği, onların ictimaiyyətə tanıdılması və rəğbətləndirilməsi üçün silsilə tədbirlər həyata keçirir. Bu məqsədlə ali məktəblərdə, mətbuat səhifələrində, televiziyada onlarla görüşlər təşkil olunur.
Bu istiqamətdə yaxın günlərdə respublikanın regionlarında Prezident təqaüdünə layiq görülmüş gənclərin valideynləri, müəllimləri, həmçinin şagirdləri qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məktəblərin rəhbərləri ilə görüşlər də keçirəcəkdir. Bölgələrdə tədbirlər TQDK-nın regional bölmələri vasitəsi ilə təşkil olunacaq. Görüş iştirakçılarına 600-dən çox bal toplayan gənclər haqqında məlumatların əks olunduğu “Abituriyent” jurnalının 11-ci sayı və müxtəlif hədiyyələr təqdim olunacaqdır.
Tədbirlərin keçirilmə qrafiki aşağıdakı cədvəldə təqdim olunur:
Gəncə RB
Gəncə şəhəri TQDK-nın Gəncə RB-si
27.11.2013, saat 12:00
Tovuz rayonu
Bozalqanlı kənd orta məktəbi
29.11.2013, saat 12:00
Naxçıvan RB
Naxçıvan şəhəri 12 saylı orta məktəb
28.11.2013, saat 11:00
Şəki RB
Mingəçevir şəhəri Texniki-humanitar lisey
28.11.2013, saat 11:00
Şəki şəhəri
TQDK-nın Şəki RB-si
29.11.2013, saat 15:00
Göyçay RB
İsmayıllı rayonu İsmayıllı rayon Təhsil şöbəsi
28.11.2013, saat 11:00
Göyçay rayonu
TQDK-nın Göyçay RB-si
29.11.2013, saat 10:00
Quba RB
Quba rayonu Heydər Əliyev Mərkəzi
29.11.2013, saat 11:00
Lənkəran RB
Lənkəran şəhəri TQDK-nın Lənkəran RB-si
28.11.2103, saat 12:00
Masallı rayonu
3 saylı orta məktəb
29.11.2013, saat 15:00
Cəlilabad rayonu
Alar kənd 1 saylı orta məktəb
29.11.2013, saat 12:00
Ağcabədi RB
Ağcabədi rayonu TQDK-nın Ağcabədi RB-si
29.11.2013, saat 10:00
Şirvan RB
Şirvan rayonu TQDK-nın Şirvan RB-si
05.12.2013, saat 17:00
Salyan rayonu
Salyan rayon Təhsil şöbəsi
06.12.2013, saat 14:00
İmişli rayonu
İmişli rayon Təhsil şöbəsi
07.12.2013, saat 12:00
Xatırladaq ki, 2013-cü ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96720 abituriyent iştirak edib. Onlardan 1617 nəfəri 600 çox bal toplayıb.102 nəfəri isə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
Modern.az