Modern.az

MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq

MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq

Təhsil

22 İyul 2024, 13:52

Xəbər verdiyimiz kimi, 2-10 iyul tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzində müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları keçirilib. Elm və Təhsil Nazirliyinin məlumatına görə, test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd iştirak edib.

Modern.az-ın əldə etdiyi məlumatına görə, MİQ imtahanları üzrə apellyasiya müraciətlərinə baxılma  prosesi də yekunlaşıb. Bu həftə müsabiqənin vakansiya seçimi mərhələsinin elan olunacağı gözlənilir.

Test imtahanında ixtisas üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılacaqlar.

Qeyd edək ki, müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı MİQ imtahanlarında minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdiriləcək.
Şəhid ailəsinin üzvü olan şəxslərin vakansiya seçimi başa çatandan sonra digər namizədlər də prosesə buraxılacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri