Modern.az

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq müsabiqədə uğur qazanıb

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq müsabiqədə uğur qazanıb

Aktual

22 İyul 2024, 14:10

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) ABŞ-də keçirilən “19-cu illik beynəlxalq 2024 Globee® Texnologiya Müsabiqəsi”ndə uğur qazanıb.

 

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, mərkəzin 2023-cü il ərzində olan fəaliyyəti və əldə etdiyi nailiyyətləri barədə təqdim etdiyi iş müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.

 

DOST RİM sosial sahənin uğurla rəqəmsallaşdırılması ilə əlaqadər “Gümüş Globee® Qalibi” mükafatına layiq görülüb.

 

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Vyetnam, Bolqarıstan, Hindistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İsveç, Rusiya, Böyük Britaniya və bir sıra digər ölkələrin 1700-dən çox layihəsi iştirak edib.

 

Mərkəzin adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki qaliblərin siyahısında yer alıb:

 

//globeeawards.com/technology/winners/

 

Bununla da 2024-cü ilin ötən dövrü ərzində DOST RİM-in əldə etdiyi beynəlxalq mükafat sayı 13-ə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı