Modern.az

Harris namizəd olmağa yaxındır - səsvermə bu tarixdə keçiriləcək

Harris namizəd olmağa yaxındır - səsvermə bu tarixdə keçiriləcək

23 İyul 2024, 10:02

ABŞ-ın vitse-prezident Kamala Harris Demokratlar Prtiyasından prezidentliyə namizəd statusunu qazanmağa yaxındır.

Modern.az xəbər verir ki, “Associated Press”in son məlumatına görə, təxminən 2700 qurultay nümayəndəsi Harrisə səs verməyə hazırdır. Prezidentliyə namizəd olmaq üçün 1976 nümayəndə səsi tələb olunur. Səsvermə avqustun 1-dən avqustun 7-dək aparılacaq.

Co Bayden prezidentlik yarışından çıxdığını və Kamala Harrisin namizədliyini dəstəklədiyini elan etdikdən sonra Demokratlar Partiyasının bir çox aparıcı siyasətçiləri də onun xeyrinə çıxış etdilər. Harrisin kampaniya fondu 888 min donordan 80 milyon dollardan çox ianə alıb. Bazar ertəsi axşam saatlarında Harrisdən başqa Demokratlardan heç biri prezidentliyə namizəd olmaq niyyətini bildirməmişdi.

Namizədlik uğrunda mübarizədə Kamala Harrisin mümkün rəqibləri kimi qeyd edilən bir neçə ştatın - Kentukki, İllinoys, Merilend, Miçiqan qubernatorları onun namizədliyini dəstəklədiklərini açıqlayıblar. Onlara əvvəlcə Harrisin namizədliyini açıq şəkildə dəstəkləməyən Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi də qoşulub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu