Modern.az

Bakının bəzi rayonlarına içməli suyun verilişində məhdudiyyətlər olacaq

Bakının bəzi rayonlarına içməli suyun verilişində məhdudiyyətlər olacaq

26 Noyabr 2013, 11:40
Bakının Yasamal və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən  Modern.az-a verilən məlumata görə, Bakı şəhəri Yasamal və Nəsimi rayonlarına verilən içməli suyun dəqiq uçotunun aparılması məqsədi ilə şəhərin giriş hissəsində - Moskva prospektindən keçən 500 mm diametrli magistral su xətti üzərində yeni elektron su sayğacı quraşdırılır.

Bununla əlaqədar noyabrın 26-da gün ərzində Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. 

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur