Modern.az

Əfqanıstanın gözə dəyməyən birinci ledisi - FOTOLAR

Əfqanıstanın gözə dəyməyən birinci ledisi - FOTOLAR

Ölkə

26 Noyabr 2013, 12:06

Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Əfqanıstan prezidentinin xanımından bəhs edirik.

Əfqanıstan bu gün də dünyanın ən qaynar nöqtələrindən biridir. Demək olar hər gün Taliban hərəkatının yaraqlıları ölkənin müxtəlif bölgələrində yerli hərbçilərə, NATO qüvvələrinə, hətta yerli sakinlərə qarşı terror aktı həyata keçirirlər. Əfqanıstan kimi ölkədə birinci ledi haqda düşünmək belə kimsənin ağlına belə gəlməz. Amma bu ölkənin prezidenti olduğu kimi birinci ledisi də var...

Onu Əfqanıstanın “gözə dəyməyən” birinci ledisi adlandırırlar. 43 yaşlı Zinat Kərzay nadir halda camaat arasında görünür, məhz bu səbəbdən onu qınayanlar hesab edirlər ki, qadınların haqlarının müdafiəsi üçün daha çox iş görməlidir. Bununla belə, birinci ledi hərdən jurnalistlərlə ünsiyyət qurur. Onun növbəti görüşlərindən biri 2013-cü ilin martında BBC-nin əməkdaşları ilə olub. Zinat Kərzay ondan müsahibə götürəcək jurnalistləri sadə və yarıboş qonaq otağında gülərüzlə qarşılayıb: “Mənim üçün çox xoşdur ki, siz bura gəlmisiniz”.

Əfqanıstanın birinci ledisi Kabildakı Prezident Sarayında yaşayır. Buranı təhlükəsizlik qüvvələri keçilməz qala kimi müdafiə edirlər. Birinci mərtəbədəki apartamentə düşmək üçün bir-birinin ardınca düzülən beş mühafizə dəstəsinin ciddi yoxlamasından keçməlisən. Burada prezident ailəsi yaşayır: Həmid Kərzay, onun həyat yoldaşı və onların iki kiçik uşağı.

Əfqanıstandan heç yerə...


Təhlükəsizlik ailənin həyatı üçün gündəlik problemə çevrilir. “Bu, həqiqətən çox ağırdır, hər gün mühafizə altında yaşayırsan”, - Zinat xanım etiraf edir. “Mən saraydan kənarda yaşamağa üstünlük verərdim”.

Hindistanlı şahzadə xanım, 1929-cu ildə devrilən Əfqanıstan kralı Amanullanın qızı mühafizəkar ölkələrdə qadınların ictimai həyatının necə qəbul olunmasından danışır. O, Romada böyüyüb. Onun anası kraliça Soraya ilk əfqan qadındır ki, başı bağlı gəzməyib.

Zinat Kərzayın fikrincə, ölkəsində çox vacib bir şey baş verməlidir: “Əfqan kişiləri daha çox təhsilli olmalıdırlar. Mən təəssüf ki, bu haqda danışıram, amma əfqan kişilərinin yaxşı fikirlərinı eşitmirəm”.

Prezident ailəsinin təhlükəsizliyinin hərtərəfli qorunması bu işə cəlb olunanların əsas vəzifələrindən biridir, buna görə bu ağıllı və nəzakətli qadın nadir hallarda camaat  qarşısında görünür.
“Mən Əfqanıstandan heç yerə getməmişəm”, - o deyir. Amma bunun əvəzində insanlar onun yanına gəlirlər:  
“Mən tez-tez sadə, ancaq siyasətlə məşğul olan əfqan qadınlarla əlaqə qururam, sosial məsələlərlə, təhsil və sağlamlıqla bağlı söhbətlər edirik. Onlar tez-tez yanıma gəlirlər və yaşadıqlarnı bölüşürlər”.

Əfqanıstanda çoxları, xüsusilə gənc nəslin nümayəndələri Zinat Kərzayı tənqid edirlər Ona xalq arasında görünmədiyinə görə daha çox qınayırlar. Belələrinin fikrincə, o kifayət qədər qadınların hüquqlarının qorunması üçün iş görmür və müsbət nümunə göstərmir.

Qeyd edək ki, Əfqanıstanın birinci ledisi diplomlu həkimdir ərə gedənə qədər bir neçə il Pakistanda işləyib. “Mən nə etdiyimi bilirəm. Amma gördüyüm işlərin çoxu hiss edilmir və KİV-in diqqətinə düşmür. Düşünürəm ki, Əfqanıstandakı vəziyyəti nəzərə alaraq nələr mümkündürsə, onu da etmişəm”, - o, inamla bildirir.

30 illik müharibədən sonra


Ölkədəki situasiyadan danışan Zinat təkcə təhlükəsizliklə bağlı vəziyyəti nəzərə almır. Tamamilə bəllidir ki, onun birinci ledi kimi rolu ölkənin mədəni ənənələri ilə məhdudlaşıb. Onun fikrincə, ölkəsi hər yerdə əri ilə birgə görünən ulduz birinci lediyə hazır deyil: “Mənə elə gəlir ki, çox vaxt lazımdır. Bu ölkə 30 il müharibə şəraitində yaşayıb. Bizə hər şeyi mərhələ-mərhələ bərpa etmək və bunu mədəniyyətə və ənənələrə uyğun olaraq etmək lazımdır”.

Prezident Karzay bir qayda olaraq xarici səfərlərə həyat yoldaşını aparmadan gedir. Ənənəvi olaraq Əfqanıstan kişilərinin çoxu onların arvadları başqa kişiyə baxarlarsa, bunu biabırçılıq hesab edirlər. Həmid Kərzayi bəzən birinci ledinin cəmiyyət qarşısına çıxmamasına görə məzəmmət edirlər.  Amma Zinat deyir ki, xalq qarşısında görünməmək qərarı onun özünündür: “O və mən bizim ölkəmizin ənənələrini və mədəniyyətini bilirik, bugünkü vəziyyəti də yaxşı başa düşürük”, - o, taktikalı danışır.

Onu camaat arasında görmək olmasa da, Əfqanıstana gələn çoxlu birinci ledi ilə görüşüb. Onun heyran qaldığı adamlar arasında Şeri Bler, Lora Buş və Hinsdistanın baş nazirinin arvadı Manmohana Sinqha da olub. O, İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın həyat yoldaşı Azam əl-Sadat Farani ilə çox yaxından əlkaqə saxlayıb, hətta tez-tez telefonla da danışıblar.

Zinat və Həmid 14 ildir evlidirlər, o, birinci ledi olduqdan sonra iki övladları dünyaya gəlib. Oğlu Mirvaisin 6 yaşı var, qızı Malalainin hələ bir yaşı tamam olmayıb. Zinatın sözlərinə görə, prezident uşaqları ilə məşğul olmağa vaxt tapmır: “Bəzən cümə günləri onun bir-iki saat sərbəst vaxtı olur. O, məni və uşaqları gəzməyə aparır. Bəzən biz birlikdə harasa çıxırıq”. Əfqan ailələrinin çoxunda qızlara oğlanlardan az dəyər verirlər. Amma Zinat və Həmid tam fərqli düşünürlər: “Bizim üçün oğlanla qız arasında fərq yoxdur. Qızımız – o,  Allahın ən yaxşı hədiyyəsidir”.

Əfqan modası

Əri kimi Zinat Kərzay da diqqətlə yeni adətləri, dəbləri izləyirlər və “əfqan stilində geyim” adlanan malların inkişafına nəzarət edirlər. Çoxları çadranı əfqan qadınlarının azadlıq simvolu hesab edir. Amma Zinat Kərzay etiraf edir ki, çadranın əfqan adət-ənənələri ilə ümumi heç bir bağlılığı yoxdur: “Çadranı bizə xaricdən gətiriblər. Kənd yerlərindəki qadınların böyük əksəriyyəti, sadəcə böyük baş yaylığı bağlayırlar. Əfqan geyimi bax budur”.

Uşaqlığını xatırlayan Zinat sevgi ilə Səhiyyə Nazirliyində işləyən atasından danışaraq onun qızlarını oxumağa məcbur etdiyini bildirir: “Valideynlərim mənim və bacımın ali təhsil almağımız ünün hər şeyi ediblər. Biz hamımız universitet bitirmişik. Bizim ailəmizdə bu çox vacib idi”.

Birinci ledi ictimai fəaliyyətinin daha fəal olmadığını düşünsə də, ona çox vacibdir ki, hər iki uşağı Əfqanıstanda təhsil alsınlar və əgər onlara maraqlı olarsa siyasətlə məşğul olsunlar: “Onların atası bu ölkə üçün çox şey edib. Onlar da bu istiqamətdə xidmət etməyi bacarsalar, yaxşı olardı”.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi